Oskar daha 2 il komandada

İspaniyanın “Selta” klubu baş məşqçisi Oskar Qarsiya ilə müqaviləni yeniləyib.

Sportline.az La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin yeni sözləşməsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, bundan əvvəl “Uotford”, “Sent Etyen” və “Olimpiakos”u çalışdıran Qarsiya 2019-cu ilin noyabrında “Selta”ya baş məşqçi təyin olunub. Onun komandası hazrda 33 xalla 16-cı pillədə qərarlaşıb.