Oskar De La Hoyya ən güclü boksçunu açıqladı
6 çəki dərəcəsində sabiq dünya çempionu Oskar De La Hoyya ən yaxşı boksçu ilə bağlı fikirlərini bölüşüb.
Sportline.az xəbər verir ki, məşhur boksçu "FightHype"yə müsahibəsində bu ada Terens Kroufordu layiq görüb.
Onun fikrincə keçirdiyi 40 döyüşün hamısında qalib gələn Krouford hazırkı boksçular arasında ən güclüsüdür.
Qeyd edək ki, Terens Krouford son döyüşündə Errol Spensi 9-cu raunndda texniki nokautla üstələyib.