Ozan Tufan Türkiyəyə qayıda bilər

"Hall Siti"də çıxış edən Ozan Tufan yenidən Türkiyəyə qayıdacaq.

 Sportline.az Ntvspor.net-ə xəbər verir ki, türk yarımmüdafiəçi "Trabzonspor"la razılıq əldə edib.

Super Liqa klubu 29 yaşlı yarımmüdafiəçi ilə 3+1 illik müqavilə ilə bağlı razılıq əldə edib. Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, "Hall Siti" Ozan Tufanı 2022-ci ilin yayında "Fənərbaxça"dan transfer edib. Təcrübəli futbolçu ötən mövsüm Çempionşip təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır.