Özbəkistanın 16 yaşadək qızlardan ibarət voleybol millisi Bakıya gəlib

Özbəkistanın 16 yaşadək qızlardan ibarət voleybol millisi Bakıya gəlib.

Sportline.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, onlar paytaxtda on gün təlim-məşq toplanışında iştirak edəcəklər.

Həmçinin qonaqlar Azərbaycanın yeniyetmələrdən ibarət millisi ilə birgə məşq edəcək və yoldaşlıq oyunları keçirəcək.