Ozobiç: "Artıq önümüzə baxmalıyıq"

"Qarabağ"ın futbolçusu Filip Ozobiç Çempionlar Liqasının pley-off mərhələsində Çexiya "Viktoriya"sına 1:2 hesabı ilə uduzduqları cavab oyunundan sonra "CBC Sport"a açıqlama verib

Sportline.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi deyib: "Pley-offa kimi gəlib çatsaq da, qrup mərhələsinə vəsiqə qazana bilmədik. Futbol da bir həyatdır, belə hallar baş verir. Artıq önümüzə baxmalıyıq. Avropa Liqasında bizi güclü rəqiblər gözləyir. Amma yaxşı çıxış etmək istəyirik. Ötən mövsüm Konfrans Liqasında qrupdan çıxmışdıqsa, bu mövsüm eynisini Avropa Liqasında etmək istəyirik”.

Qeyd edək ki, "Qarabağ" mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.