Ozobiçin durumuna aydınlıq gətirildi

"Qarabağ" klubunun zədəli futbolçusu Filip Ozobiçin durumuna aydınlıq gəlib.

Sportline.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi təxminən bir həftədən sonra məşqlərə başlayacaq.

Ötən məşqlərin birində xəsarət alan xorvatiyalı oyunçunun Azərbaycan Kubokunun 1/4 final görüşlərinə qədər sıraya dönəcəyi gözlənilir.

Qeyd edək ki, "Qarabağ" fevralın 1-də və ya 2-də Azərbaycan Kubokunda "Turan Tovuz” - "Qəbələ” cütünün qalibi ilə üz-üzə gələcək.