"Palms Sports"un baş icraçı direktoru: "Neftçi" sadəcə futbol klubu deyil, Azərbaycanın irsinin rəmzidir"

Uzun səyahətin başlanğıcındayıq. Burada olmaq mənim üçün şərəfdir. "Neftçi" sadəcə futbol klubu deyil, Azərbaycanın irsinin rəmzidir".

Sportline.az xəbər verir ki, bu fikirləri "Neftçi" ilə əməkdaşlıq müqaviləsi imzalayan "Palms Sports"un baş icraçı direktoru Fouad Darviş mətbuat konfransında deyib.

O, "ağ-qaralar"la əməkdaşlıq etdikləri üçün fəxr hissi duyduğunu bildirib:

"Bu sözləşmə uzunmüddətli iddianın rəmzidir. Biz bu tərəfdaşlığa adi sponsorluq kimi baxmırıq. İnkişafaya yol açmaq istəyirik. Klubun inkişafına və infrastrukturun təkmilləşməsinə imkan yaradacağıq. "Neftçi"nin bir əsrə yaxın tarixi var və çox böyük hörmətə layiqdir".

Qeyd edək ki, “Neftçi” PFK ilə “International Holding Company”yə (IHC) məxsus olan “Palms Sports” arasında bu gün 5 illik sponsorluq müqaviləsi imzalanıb.