Paracüdoçularımızdan 9 medal

Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə Qran-pri turniri keçirilir.

Sportline.az xəbər verir ki,  idmançılarımız yarışın ilk günündə 9 medal qazanıblar. 

Təmsilçilərimizdən Şahanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), Vüqar Şirinli (60 kq) qızıl, Afaq Sultanova (57 kq), Bayram Mustafayev (66 kq),  Hüseyn Rəhimli (81 kq) gümüş, Bəsti Səfərova (52 kq), Namiq Abbaslı (66 kq) və Ramil Qasımov (73 kq) isə bürünc medal götürüb.

Yarışa mayın 14-də yekun vurulacaq.