Paralimpiya çempionlarından ikisi Bakıya qayıdıb
Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan komandasının bir neçə üzvü Bakıya qayıdıb.
Sportline.az xəbər verir ki, qızıl medal qazanan paracüdoçular Vüqar Şirinli (60 kq) və Şəhanə Hacıyeva (48 kq), bürünc medalçı Namiq Abbaslı (66 kq), eləcə də 7-ci yerlə kifayətlənməli olan Bəsti Səfərovanı (52 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyəti və yaxınları qarşılayıb.