Paralimpiya çempionumuz tarixə 8-ci kimi düşdü

Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva Tokio-2020 Paralimpiya Oyunlarınında qələbə qazanmaqla tarixə düşüb.

Sportline.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançı Azərbaycan tarixində 8-ci paralimpiya çempionu olub.

Bunadək, İlham Zəkiyev (iki dəfə), Ramin İbrahimov, Afaq Sultanova, Ramil Qasımov, Oleq Panyutin (iki dəfə), Oluxan Musayev, Natali Pronina qızıl medal qazanıb.