Paralimpiya oyunlarında 50-ci medal

Azərbaycan komandası Tokio 2020 Yay Paralimpiya Oyunlarının beşinci yarış gününü 3 medalla tamamlayıb. Atletikanın nüvəitələmə növündəki təmsilçimiz Elvin Astanov və qadın cüdoçumuz Dürsədəf Kərimova qızıl, kişilərdən ibarət cüdo millimizin üzvü İlham Zəkiyev bürünc mükafat qazanıb.

Sportline.az xəbər verir ki, bununla Azərbaycanın Yay Paralimpiadalarında əldə etdiyi medalların sayı 50-yə çatıb. Mükafatlardan 18-i qızıl, 11-i gümüş, 21-i bürünc əyarlıdır.

Qeyd edək ki, Azərbaycan idmançıları Yay Paralimpiya Oyunlarına 1996-cı ildən qatılır. İlk cəhdini medalsız başa vuran millimiz Sidney 2000-də 1 gümüş,  Afina 2004-də 2 qızıl, 1 gümüş, 1 bürünc, Pekin 2008-də 2 qızıl, 3 gümüş, 5 bürünc, London 2012-də 4 qızıl, 5 gümüş, 3 bürünc, Rio 2016-da 1 qızıl, 8 gümüş, 2 bürünc mükafat qazanıb. Tokio 2020 boğçamızda isə hələlik 9 "qızıl", 3 "bürünc" var.