Parisdə 8 cüdoçumuz yarışacaq

16-17 oktyabrda Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük Dəbilqə " turniri keçiriləcək.

Sportline.az xəbər verir ki, nüfuzlu yarışda Azərbaycanı 8 kişi cüdoçu təmsil edəcək.

Bunlar Balabəy Ağayev (60 kq), İbrahim Əliyev, İsmayıl İbrahimov (66 kq), Hidayət Heydərov, Telman Vəliyev (hər ikisi 73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşanqi Kokauridir (+100 kq).

Qeyd edək ki, "Böyük Dəbilqə"də 48 ölkədən 291 (170 kişi, 121 qadın) cüdoçunun iştirakı gözlənilir.