Paytaxt derbisində "Latsio" qalib gəldi

Futbol üzrə İtaliya A Seriyasında XVIII tura start verilib.

Sportline.az xəbər verir ki, açılış oyununda "Latsio" və "Roma" komandaları üz-üzə gəlib. "Olimpiko" stadionunda təşkil olunmuş paytaxt derbisi nominal meydan sahiblərinin böyük qələbəsi ilə yekunlaşıb - 3:0.

"Latsio"unun qollarını Çiro İmmobile 15-ci, Luis Alberto 23-cü və 69-cu dəqiqələrdə vurub.

Bununla da xalını 31-ə çatdıran "Latsio" 7-ci pilləyə yüksəlib. 34 xala malik "Roma" isə 3-cüdür.