Paytaxt klubu baş məşqçi ilə yeni müqavilə imzalayacaq

Rusiya klublarından "Dinamo" baş məşqçi Marsel Liçka ilə müqaviləni uzadacaq.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, Moskva "Dinamo"sunun direktorlar şurasının rəhbəri Dmitri Qafin bildirib ki, "ağ-göylər" komandanın baş məşqçisi Marsel Liçka ilə müqaviləni gələn ilin yayına kimi uzadacaqlar.

Xatırladaq ki, çexiyalı mütəxəssis “Dinamo”nun baş məşqçi postuna ötən ilin yayında təyin olunub.

Qeyd edək ki, "Dinamo" son turda "Krasnodar"a məğlub olmayacağı təqdirdə 2023/2024 mövsümünü çempion tamamlayacaq.