Paytaxt klubunda gözlənilən ayrılıq
Moskva "Spartak"ı baş məşqçi səlahiyyətlərini yerinə yetirən Vladimir Slişkoviçlə yolları ayırıb.
Sportline.az bosniyalı mütəxəssisin öz istəyi ilə klubdan ayrıldığını elan edib.
O, 2023/2024 mövsümünün son turlarında komandanı meydana çıxarmışdı.
Xatırladaq ki, Slişkoviç Gilyermo Abaskalın istefasından sonra koandanın "sükanı arxasına keçmişdi".
"Spartak" uğursuz hesab olunan mövsümü 5-ci pillədə başa vurub.
Komandanın yeni çalışdırıcısı Deyan Stankoviç olacaq.