Paytaxt klubunda yeni müqavilə

ÇSKA rusiyalı hücumçusu ilə yeni müqavilə imzalayıb.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, Moskva klubu 25 yaşlı Fyodor Çalovla müqavilənin müddətini uzadıb.

Yeni anlaşmaya əsasən futbolçu 2024-2025 mövsümünün sonuna kimi ÇSKA-nın şərəfini qoruyacaq.

Fyodor Çalov ÇSKA-nın öz yetirməsidir. O, qırmızı-göylərin əsas komandasında 2016-cı ildən çıxış edir.

Klubda 251 oyunda iştirak edən Çalovun aktivində 85 qol, 43 məhsuldar ötürmə var.

Transfermarkt portalı hücumçunun transfer dəyərini 12 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, Moskva ÇSKA-sı Rusiya Premyer Liqasında 36 xalla yarış cədvəlinin 4-cü pilləsindədir.