Pedro Enrike zədə aldı
|
"Qarabağ"ın yarımmüdafiəçisi Pedro Enrike zədələnib. Sportline.az xəbər verir ki, braziliyalı futbolçu Topaz Premyer Liqanın 10-cu turunda "Səbail"ə qarşı matçın 23-cü dəqiqəsində ayağından zədə alıb. Onun vəziyyətinə həkim müayinəsindən sonra aydınlıq gətiriləcək. |