Pep Qvardiola “Real Madrid”in stadionunu bəyənməyib.

Pep Qvardiola “Real Madrid”lə gorüşdən sonra açıqlamaları ilə diqqət mərkəzinə düşüb.

Oxu.az Sporx.com-a istinadla xəbər verir ki, “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının ¼ final mərhələsində “Real Madrid”lə görüşdən sonra “Santiaqo Bernabeu” stadionunun ot örtüyündən şikayətlənib.

Belə ki, təcrübəli mütəxəsis məsələ ilə bağlı açıqlamasında : “Stadionun üzərini bağlamışdılar, mən isə oyun zamanı səmanı izləməyi sevirəm. Ot örtüyü isə hər zaman olduğu kimi yenə də sərt idi. Məncə Florentino Perez bu məsələ ilə bağlı nəsə yenilik etməlidir”,-deyib.

Qeyd edək ki, “Real Madrid” “Mançester Siti” görüşü 3-3 hesablı heç-heçə ilə başa çatıb.