Poçettinodan istefa xəbərlərinə münasibət

PSJ-nin baş məşqçisi Maurisio Poçettino istefaya göndəriləcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.

Sportline.az xəbər verir ki, 50 yaşlı mütəxəssis COPE-yə açıqlamasında deyib: 

“Bu gün PSJ-nin baş məşqçisi olaraq qalıram. Nə qədər ki, heç nə dəyişməyib, mən burada olacağam. Buna 100 faiz əminəm. Mənim 2023-cü ilə qədər müqaviləm var və mən PSJ-də işimi davam etdirmək, bütün diqqətimi yalnız buna yönəltmək istəyirəm".

Xatırladaq ki, PSJ Poçettinonun rəhbərliyi altında Fransa çempionluğunu, kubokunu və  superkubokunu qazanıb. Lakin klubun Çempionlar Liqasına ciddi uğur əldə etmək istədiyi üçün Poçettino ilə müqaviləyə xitam veriləcəyi yazılırdı.