Poqba İngiltərəyə qayıda bilər
Fransalı yarımmüdafiəçi Pol Poqba yenidən İngiltərədə karyerasını davam etdirə bilər.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, 31 yaşlı futbolçu keçmiş komandası "Mançester Yunayted"ə qayıtmağa yaxındır.
Poqba artıq "qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorimlə şəxsi görüş keçirib. Bildirilir ki, "Mançester Yunayted" ona 1 illik müqavilə təklif etməyə hazırlaşır. Klub fransalı futbolçunu aşağı maaşla razı salmaq üçün yüksək bonus ödəmələri nəzərdə tutur.
Qeyd edək ki, Pol Poqbanın dopinq səbəbindən aldığı diskvalifikasiya martın 10-da başa çatacaq. Təcrübəli yarımmüdafiəçi hazırda sərbəst agent statusundadır.