"Porto"da Serxio Konseysau dönəmi sona çatıb
2017-ci ildən "Porto"nun uğurları üçün çalışan portuqaliyalı mütəxəssis vəzifəsindən öz istəyi ilə ayrılıb.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, Porto futbol klubu komandanın baş məşqçisi vəzifəsində çalışan Serxio Konseysaunun istefa verdiyini açıqlayıb.
Xatırladaq ki, daha əvvəl "Marsel"in 49 yaşlı baş məşqçi ilə maraqlandığı haqda məlumat yayılmışdı.
Qeyd edək ki, Serxio Konseysau 7 ildi çalışdığı Portoda 3 dəfə Portuqaliya Liqasının qalibi olub.