Portuqaliyalı futbolçu karyerasını Ərəbistanda davam etdirə bilər
"Beşiktaş"ın portuqaliyalı futbolçusu Qedson Fernandes üçün Səuddiyə Ərəbistanı klublarında yüksək məbləğdə təkliflər var.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, adı açıqlanmayan 2 klub "Beşiktaş"ın 25 yaşlı yarımmüdafiəçisi üçün 10 milyon avrodan artıq təklif göndərib.
Türkiyə klubu Qedsonu transfer etdiyi "Benfika" ilə razılığa əsasən satış məbləğinin yarısı Portuqaliya klubunun hesabına daxil olacaq.
Qeyd edək ki, bu mövsüm "Qara-qartallar"la 45 rəsmi oyuna çıxan yarımmüdafiəçi bu görüşlərdə 3 qol və 6 asistlə komandasına xeyir verib.