Portuqaliyalı ulduz futbolçu İstanbula gəlib

"Beşiktaş"ın "Benfika"dan transfer etdiyi Rafa Silva İstanbula gəlib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 31 yaşlı futbolçu "Beşiktaş"ın yeni sezon forması ilə hava limanında azarkeşlərin qarşısına çıxıb.

2015-2016-cı il mövsümünün əvvəlindən Portuqaliya klubunda çıxış edən futbolçu 326 matçda meydana çıxıb və 94 qol, 79 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Beşikaş"ın Rafa Silva ilə 3 illik müqavilə imzalayacağı gözlənilir.