Portuqaliyalı futbolçu yenidən "Lill"ə qayıdıb
Portuqaliyalı yarımmüdafiəçi Andre Qomeş "Lill"ə keçib.
Sportline.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, 31 yaşlı futbolçu azad agent statusunda heyətə cəlb edilib.Onunla 2026-cı ilə qədər müqavilə imzalanıb.
Ötən mövsümü "Everton"da keçirən oyunçu 16 oyunda 2 qolla yadda qalıb.
Qeyd edək ki, Qomeş daha əvvəl 2022-2023 mövsümündə də Fransa klubunun şərəfini qoruyub.O zaman komandası ilə 27 oyuna çıxan yarımmüdafiəçi aktivinə 3 qol və 2 asist yazdırıb.