Portuqaliyalı ulduz futbolçuya ağır cəza verilə bilər

Portuqaliyalı ulduz futbolçuya ağır cəza verilə bilər.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Əl-Nəssr" klubunun portuqaliyalı ulduz futbolçusu Kriştianu Ronaldu "Əl-Hilal"ilə görüşdə hakimə yumruq qaldırıb. 

Ulduz futbolçunun bu hərəkəti Səudiyyə Ərəbistanı Futbol Federasiyasının diqqətindən qaçmayıb. Belə ki, federasiya Kriştianu Ronalduya 2 oyunluq kənarlaşdırma cəzası verə bilər.

Qeyd edək ki, "Əl-Nəssr" klubu "Əl-Hilal"a yarım finalda 1-2 hesabı ilə məğlub olaraq Super Kubokda mübarizəni dayandırıb.