Premyer Liqa klubu baş məşqçisiz qaldı

"Şeffild Yunayted" baş məşqçisi Kris Uilderlə yollarını ayırıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmis saytı məlumat yayıb. Tərəflərin qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verdiyi bildirilib.

Komanda 53 yaşlı mütəxəssislə ilə 227 matça çıxıb. Bunlardan 106-sı qələbə, 44-ü heç-heçə, 77-si isə məğlubiyyətlə başa çatıb.

Qeyd edək ki, "Şeffild Yunayted" bu mövsüm Premyer Liqada cəmi 14 xal toplayıb və turnir cədvəlində sonuncudur.