Premyer Liqa: "Sabah" xal itirdi, "Zirə" "Qəbələ"ni məğlub etdi
Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura yekun vurulub.
Sportline.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib.
Əvvəlcə "Sabah" evdə "Səbail"lə üz-üzə gəlib. Görüşdə qol olmayıb. Bu, "Sabah"ın mövsümdə ilk xal itkisi olub. Buna baxmayaraq, xallarını 13-ə çatdıran "Sabah" yenidən vahid lider olub.
Günün digər oyununda "Zirə" "Qəbələ"ni qəbul edib. Oyunda hesabı qonaqlar açsa da, "Zirə" əzmkar qələbə qazanmağı bacarıb - 2:1.
4 sentyabr (bazar)
20:30. “Zirə” – “Qəbələ” - 2:1
Qollar: İsnik Alimi, 35-pen.(0:1), Rəhim Sadıxov, 45 (1:1), Rəhim Sadıxov, 74 (2:1)
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Zirə İdman Kompleksinin stadionu
18:00. “Sabah” – “Səbail” - 0:0
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Kamran Bayramov, Cavid Cəlilov
“Bank Respublika Arena”
1 sentyabr (cümə axşamı)
19:00. “Kəpəz” – “Qarabağ” - 0:1
3 sentyabr (şənbə)
“Neftçi” – “Sumqayıt” - 3:0
“Şamaxı” – “Turan Tovuz” - 0:1
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Sabah | 5 | 4 | 1 | 0 | 10-2 | 13 |
2 | Qarabağ | 4 | 4 | 0 | 0 | 10-1 | 12 |
3 | Neftçi | 5 | 4 | 0 | 1 | 12-5 | 12 |
4 | Qəbələ | 5 | 3 | 0 | 2 | 9-5 | 9 |
5 | Turan Tovuz | 4 | 2 | 1 | 1 | 2-2 | 7 |
6 | Zirə | 5 | 2 | 1 | 2 | 6-7 | 7 |
7 | Səbail | 5 | 1 | 2 | 2 | 6-6 | 5 |
8 | Sumqayıt | 5 | 0 | 2 | 3 | 0-8 | 2 |
9 | Şamaxı | 5 | 0 | 1 | 4 | 2-10 | 1 |
10 | Kəpəz | 5 | 0 | 0 | 5 | 4-15 | 0 |
Bombardirlər:
Ramil Şeydayev ("Qarabağ") - 4 qol
Coy Lens Mikels ("Sabah") - 3 qol