Premyer Liqa: "Kəpəz" "Zirə"yə uduzdu

Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilib.

Sportline.az xəbər verir ki, turun açılış oyununda "Kəpəz" "Dalğa Arena"da "Zirə" ilə qarşılaşıb. Görüş saat 19:30-da başlayıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə əsasən Gəncə şəhər stadionunda tribunaların qəzalı vəziyyətdə olduğu üçün "Kəpəz" ev oyununu Bakıda keçirəcək.

Qeyd edək ki, turun digər oyunları 6-7-8 avqust tarixlərində keçiriləcək.

5 avqust (cümə)

19:30. “Kəpəz” – “Zirə” - 1:2

Qol: Mohamed Hamdaui, 32 (0:1), Mixeil Erqemlidze, 45+1 (1:1), Sertan Taşkın, 90+4 (1:2)

Qırmızı vərəqə: Dmitrios Çantakias, 83-birbaşa qırmızı vərəqə ("Zirə")

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov
“Dalğa Arena”

6 avqust (şənbə)

20:00. “Qarabağ” – “Səbail”
“Azersun Arena”

7 avqust (bazar)

17:00.“Şamaxı” – “Neftçi”
Şamaxı şəhər stadionu

19:15. “Sabah” – “Sumqayıt”
“Bank Respublika Arena”

8 avqust (bazar ertəsi)

17:00. “Turan Tovuz” – “Qəbələ”
Tovuz şəhər stadionu