Premyer Liqada 40 yeni yoluxma
İngiltərə Premyer Liqasında son koronavirus testlərinin nəticələri açıqlanıb.
Sportline.az liqanın rəsmi saytına istinadən xəbər verir ki, 40 nəfərdə yoluxma halı aşkarlanıb.
Onlardan neçəsinin futbolçu olduğu açıqlanmayıb.
Qeyd edək ki, kütləvi yoluxma səbəbindən daha əvvəl ölkə çempionatında "Everton" - "Mançester Siti", "Tottenhem" - "Fulhem" və "Bernli" - "Fulhem" matçları təxirə salınıb.