Premyer Liqada mövsüm ən yaxşı bəlli oldu
İngiltərə Premyer Liqasında 2016/2017-ci il mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib. SportLine.az xəbər verir ki, azarkeşlər arasında aparılan sorğuda "Tottenhem"in hücumçusu - Harri Keyn hamını qabaqlayıb.
16 min 378 səs toplayan hücumçu mövsümün ən yaxşısı olub.
Onun ən yaxın izləyiciləri - Nqolo Kante ("Çelsi") 13 min 515 səslə ikinci, Eden Azar ("Çelsi") isə 8 min 412 səsə sahib çıxıb.
Qeyd edək ki, Harri Keyn bu mövsüm 29 qolla Premyer Liqanın bombardiri olub.