Premyer Liqadan İtaliya A Seriyasına

London "Arsenal"ının ispan müdafiəçisi Pablo Mari "Montsa"da çıxış edəcək.

Sportline.az xəbər verir ki, informasiyanı A Seriyasının debütantının rəsmi saytı yayıb.

Məlumata görə, Mari icarəyə götürülüb və "Montsa"nın sonradan onun transfer hüquqlarına yiyələnmək imkanı var.

Qeyd edək ki, bu, debütantın bu yay həyata keçirdiyi 12-ci transfer olub.