Premyer Liqanı La Liqaya dəyişdi

"Çelsi"nin futbolçusu Çarli Musonda karyerasını İspaniyada davam etdirəcək.

Sportline.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi "Levante"yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Musonda "Levante" ilə 2+2 illik müqavilə imzalayıb.

"Çelsi"nin yetirməsi olan belçikalı futbolçu "zadəganlar"la cəmi 7 matça çıxıb. O, müxtəlif vaxtlarda İspaniyada "Betis", Niderlandda "Vitess", Şotlandiyada "Seltik"də çıxış edib. 

Banner