Premyer Liqanın ən yaxşısı müəyyənləşdi
İngiltərə Premyer Liqasında 2016/2017-ci il mövsümünün ən yaxşı baş məşqçisinin adına aydınlıq gəlib. SportLine.az xəbər verir ki, "Çelsi" ilə zəfər qazanan Antonio Konte bu nominasiyada qalib olub.
Qeyd edək ki, italiyalı mütəxəssisin rəhbərliyi altında "zadəganlar" rekord sayda (30) qələbə qazanıb.