Premyer Liqanın oyunları təxirə salındı

İngiltərə Premyer Liqasının 7-ci turunun oyunları təxirə salınıb.

Sportline.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar belə qərar verilib.

Qarşılaşmaların yeni tarixi hələlik açıqlanmayıb.

Qeyd edək ki, II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib.