Prosineçki: "Oyunçu millinin formasını geyməyi ürəkdən istəməlidir"
Milli komandamızın baş məşqçisi Robert Prosineçkinin müsahibəsi
- Bu həftə “Qəbələ” və “Qarabağ” Avroliqada pley-off matçlarına çıxdılar. Klublarımızın çıxışlarını necə dəyərləndirə bilərsiz?
- Hər ikisi gözəl oyun sərgilədi. “Qəbələ”dən başlamaq istəyirəm. “Maribor”a qarşı çox gözəl çıxış etdilər və 3:1 yaxşı hesabdı. “Qəbələ”nin bir ayağı artıq qrup mərhələsindədi. “Qarabağ” da pis oynamadı. Amma lazımi nəticə qazana bilmədilər. 0:1 hesablı məğlubiyyət çox pisdi. Cavab oyununda “Qarabağ” mütləq qol vurmalıdı. Üstəlik, qapısını da toxunulmaz qorumalıdı. Çünki buraxılacaq 1 qol bütün planları alt-üst edəcək. Ümid edirəm ki, hər iki klubumuz qrup mərhləsinə vəsiqə qazanacaq.
- Milli komandamız DÇ-2018-in seçmə mərhələsində ilk oyununda San Marinonun qonağı olacaq. Bu görüşlə bağlı hazırlıq planları necədir?
- Vaxt azlığına görə yoxlama oyunu keçirməyə imkanımız yoxdur. “Qarabağ” və “Qəbələ” avqustun 25-də cavab matçlarına çıxacaqlar. Biz isə ayın 24-də toplanacağıq. İnanıram ki, San Marino ilə görüşdə yaxşı nəticə qazanacağıq.
- Dəvət göndərəcəyiniz futbolçuları artıq müəyyənləşdirmisiniz?
- Bu gün “Qarabağ” - “Neftçi” oyununu izləyirəm. Amma son toplanışda futbolçulardan razı qalmışdım. Ona görə də dəvət göndərəcəyim futbolçuları müəyyənləşdirmişəm.
- Heyəti nə vaxt açıqlayacaqsınız?
- Sabah.
- Ramil Şeydayev və Emin Mahmudovun millimizə gəlişi böyük sevinclə qarşılandı. Onların yığmamıza faydalı olacaqlarına siz də inanırsınız?
- Ramil Şeydayev və Emin Mahmudovun bizə kömək edib-etməyəcəkləri zamanla bilinəcək. Şeydayevə vaxt vermək lazımdı. O gəncdi, amma böyük istedadı var. Təəssüf ki, hələ ki öz klublarında çempionat oyununda forma geyməyiblər.
- Bu gün Türkiyə mətbuatında Deniz Yılmaza dəvət göndərdiyiniz barədə xəbərlər yayılıb. Həqiqətən “Bursaspor”un futbolçusuna təklfi göndərmisiz?
- Ona ilk dəfə 3 il əvvəl təklif edilib. Amma təklifi indi qəbul edib. Yaxşı, maraqlı futbolçudur. Üstəlik, “Bursaspor”da forma geyir. Onunla mən də danışmışam.
- 3 ildən sonra onun millimizin təklifini qəbul etməsinə səbəb nə ola bilər?
- Oyunçu millinin formasını geyməyi ürəkdən istəməlidir. Daha əvvəl təklifi qəbul etməmişdi. Türkiyə yığmasından dəvət gözləyirdi. Amma belə təklif gəlmədi.
- Qapı mövqeyi ilə bağlı seçiminizi etmisiniz? Kamran Ağayev, yoxsa Səlahət Ağayev?
- Hələ bilmirəm.
Futbolxeber.az