Prosineçki Türkiyəyə gedir?
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə bağlı növbəti iddia ortaya çıxıb. SportLine.az xəbər verir ki, "Sabah" qəzetində mütəxəssisin "Trabzonspor"a keçə biləcəyi deyilib.
Ərsun Yanalın istefaya göndərilməsindən sonra baş məşqçi axtarışına çıxan Qara dəniz təmsilçisi xorvatiyalı mütəxəssisin xidmətində maraqlıdır. Mişel Pryudomm, Rıza Çalımbay, Mustafa Reşit Akçay və Fatim Terim də namizədlər kimi təqdim olunub.
Qeyd edək ki, "Trabzonspor" dünən doğma meydanda "Akhisar"a 1:6 hesabı ilə uduzub.