Prosineçkinin yeni iş yeri bilindi
Azərbaycan milli komandasının sabiq çalışdırıcısı Robert Prosineçkinin yeni iş yeri məlum olub.
Sportline.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Sloveniyada işləyəcək.
Prosineçki bu ölkənin tanınmış klublarından olan “Olimpiya” ilə anlaşıb.
Bir ara Azərbaycan millisinin baş məşqçi postuna qayıdacağı iddia edilən 53 yaşlı mütəxəssis Lyublayan klubu ilə 1,5 illik müqavilə imzalayıb.