PSJ baş məşqçi ilə bağlı qərarını açıqladı

PSJ baş məşqçi Kristof Qaltyeni istefaya göndərib.

Sportline.az Le Parisien nəşrinə istinadən xəbər verir ki, parislilər bu gün onunla iş birliyinə son qoyduqlarını açıqlayıblar.

Ötən ilin yayında PSJ-yə gələn Qaltye iki illik müqavilə imzalamışdı.

Ötən mövsüm 11-ci dəfə Fransa çempionu olan Paris klubu Çempionlar Liqasının 1/8 finalında mübarizəni dayandırıb.

Bununla yanaşı PSJ Fransa kubokunun da 1/8 finalında dayanmaqla azarkeşləri məyus etmişdi.