PSJ-də qalmaqal böyüyür
PSJ-nin hücumçusu Kilian Mbappe klubun prezidenti Nasser Əl-Xelaifidən gözlənilməz xahiş edib.
Sportline.az xəbər verir ki, bu haqda “UOL Esporte” nəşri məlumat yayıb. Nəşr iddia edib ki, Mbappe komandadan “Argentina diasporu”nun rədd edilməsini istəyib.
Bildirilir ki, fransalı futbolçu klubla yeni müqavilə imzaladıqdan sonra özünü fərqli aparmağa başlayıb. Onun bir neçə komanda yoldaşından narazı olduğu qeyd edilib. Xüsusən Mbappe hesab edir ki, komandada argentinalılar qruplaşma yaradıb.
Qeyd edək ki, hazırda PSJ-də argentinalı Lionel Messi, Mauro İkardi və Leandro Parades çıxış edib. Onların həmyerlisi Anxel di Mariya ötən mövsümü PSJ-də keçirib. Bildirilir ki, ispaniyalı futbolçu Ander Errera, braziliyalı Neymar və kostarikalı Keylor Navas argentinalı futbolçularla yaxşı münasibətdədir.
Qeyd edək ki, daha öncə media Mbappe ilə Neymar arasında münaqişə olması barədə məlumat yayıb. Daha sonra onların barışdığı bildirilib.