PSJ-də yeni hücumçu

PSJ heyətini daha bir futbolçu ilə gücləndirib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, Paris təmsilçisi "Reyms"dən Huqo Ekitikeni 2022/2023 mövsümünün sonuna kimi icarəyə götürüb. Klub mövsüm başa çatdıqdan sonra 20 yaşlı hücumçunu ala bilər.

Qeyd edək ki, H.Ekitike ötən mövsüm Liqa 1-də 24 matçda 10 qol vurub, 4 qolun ötürməsini verib