PSJ-dən 75 milyon avroluq transfer
“Paris Sen-Jermen” “Marsilya”nın ingiltərəli futbolçusu Meyson Qrinvud üçün rəsmi təklif göndərib.
Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, Paris klubu Qrinvud üçün qarşı tərəfə 75 milyon avro təklif edib.
Bu transfer baş tutsa “Mançester Yunayted” 37.5 milyon avro qazanacaq.
Qrinvudun bu mövsüm çıxış etdiyi 24 matçda 15 qol və 4 asistlə yadda qalıb.
Qeyd edək ki, Meyson “Mançester Yunayted” yetirməsidir.