PSJ-dən Messiyə yeni müqavilə

PSJ futbolçusu Lionel Messiyə yeni müqavilə təklif etməyi düşünür .

Sportline.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubu argentinalı hücumçuya 2 illik yeni müqavilə təklif etmək istəyir. Bildirilib ki, klub rəhbərliyi hücumçunun Paris təmsilçisindəki çıxışından razıdır. Tərəflər arasında rəsmi danışıqlar hələ aparılmayıb. Lakin Qətərdə bu il keçiriləcək dünya çempionatından sonra danışıqlar başlamalıdır.

Qeyd edək ki, L. Messi bu mövsum Fransa çempionatında 7 oyuna çıxıb, 3 qol vurub, 7 qolun ötürməsini verib.