PSJ-dən "Roma"ya
PSJ-nin futbolçusu Jorjinyo Veynaldum karyerasını "Roma"da davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb. İtaliya təmsilçisi 31 yaşlı yarımmüdafiəçini razı salmağı bacarıb. Bildirilir ki, "Roma" Veynaldumu hələlik birdəfəlik transfer etmək fikrində deyil. Klub onu satın ala bilmək maddəsi ilə icarəyə götürəcək. Futbolçunun 9 milyon avroluq maaşını bir hissəsini isə PSJ ödəyəcək.
Qeyd edək ki, Veynaldum bir müddət əvvəl PSJ-dən ayrılmaq qərarına gəlib. O. 2021-ci ildən bu komandada oynayır.