PSJ-dən "Yuventus"a
"Yuventus" heyətinə yeni futbolçu qatmağa hazırlaşır.
Sportline.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Turin təmsilçisi PSJ-dən 28 yaşlı yarımmüdafiəçi Leandro Paradesi icarəyə götürəcək. Tərəflər 1+3 illik müqavilə üçün razılaşıblar.
Qeyd edək ki, Leandro bu mövsüm Liqa 1-də 3 matçda 1 qolun ötürməsini verib.