PSJ-nin baş məşqçisi koronavirusa yoluxdu

Fransanın PSJ komandasının baş məşqçisi Maurisio Pokettinonun koronavirus testi müsbət nəticə verib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, argentinalı mütəxəssis özünü təcrid edib. Qarşıdakı müddətdə kollektivə onun köməkçiləri Xesus Peres və Migel D Aqostino rəhbərlik edəcək.

Yanvarın 16-da PSJ "Anje" ilə Liqa 1 matçında üz-üzə gələcək.

Qeyd edək ki, Maurisio Pokettino PSJ ilə ilk titulunu yanvarın 14-də qazanıb. Paytaxt klubu Fransa Super Kuboku uğrunda görüşdə "Marsel"ə 2:1 hesabı ilə qalib gəlib.