PSJ portuqaliyalı forvard üçün 55 milyon avro təklif etdi
PSJ "Benfika"nın hücumçusu Qonsalu Ramuş üçün 55 milyon avrodan keçməyə hazırdır.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Pedru Almeyda "tvitter" səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə parislilərin 21 yaşlı futbolçunun agenti ilə danışıqları müsbət nəticələnib.
Qeyd edək ki, Ramuş son mövsümdə bütün turnirlərdə meydana çıxdığı 47 oyunda 27 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.