PSJ üçün Neymar düyünü
PSJ brazilyalı hücumçusu Neymarla ayrılmağın yollarını axtarmaqdadır.
Sportline.az GOAL.com-a istinadla xəbər verir ki , PSJ sezonun sonunda 31 yaşlı oyunçunu satmaq üçün bütün variantları nəzərdən keçirir.
Neymar da ayrılmaq istədiyini klub rəhbərliyinə bildirib. Buna səbəb kimi isə azarkeşlərin Messiyə və ona qarşı neqativ davranışlarını göstərib. Neymar üçün İngiltərə klubları mübarizə aparır. "Nyukasl" və "Mançester Yunayted" brazilyalı futbolçunu heyətə qatmaq arzusundadır. Çempionlar liqasında çıxış edəcək klublar oyunçunu icarə əsasında istəyirlər.
PSJ isə Neymarı komandadan birdəfəlik göndərmək niyyətindədir.
Qeyd edək ki, Fransa klubu Neymarı 2017-ci ildə 222 milyon avro qarşılığında "Barselona"dan transfer etmişdi.