PSV Eindhoven 16 yaşlı türk futbolçunu heyətinə qatıb

Niderland çempionatının son qalibi PSV Eindhoven 16 yaşlı türkiyəli futbolçu Emre Can Duranı heyəti qatıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klubdan verilən açıqlamada  "Antverpen"dən heyətə cəlb olunan oyunçu ilə 3 illik müqavilə imzalandığı bildirilir.

 Xəbərdə, Emre Canın növbəti mövsümdən PSV-nin U-17 komandasının üzvü olacağı vurğulanır.

Qeyd edək ki, gənc oyunçu Türkiyənin aşağı yaş komandaları ilə bu günə qədər 10 oyuna çıxıb.