PSV - "Yuventus": Heyətlərdəki son durum

UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün daha 4 oyun baş tutacaq.

Sportline.az xəbər verir ki, PSV öz meydanında “Yuventus”la münasibətləri aydınlaşdıracaq.

İlk oyunda “Yuventus” rəqibini 2:1 hesabı ilə məğlub etmişdir. Lakin bu oyunda şansların bərabər olduğunu söyləyə bilərik.

PSV-də Esmir Bayraktareviç, Rik Karsdrop, Serjinyo Dest, Malik Tilman və Rikardo Pepi baş məşqçi Peter Boşun sərəncamında olmayacaq.

“Yuventus”da isə Duqlas Luiz, Qleyson Bremer, Xuan Kabral, Pierre Kalulu və Arkadüş Milik oyunu kənardan izləməli olacaq.

Start fiti gecə yarısı 12-də səslənəcək matçı sloveniyalı Slavko Vinçiç idarə edəcək.