"Qalatasaray" bu göstəriciyə görə Avropada ilk "onluğa" daxil olub
2023-2024 mövsümünü Trendyol Super Liqasının zirvəsində tamamlayan "Qalatasaray', Avropanın ən çox liqa çempionluğu olan komandalar sırasındadır.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Qalatasaray" Avropanın aparıcı liqaları arasında ən çox çempionluq yaşayan 10 komandadan biri olub.
UEFA ölkə reytinqində 9-cu yerdə olan Türkiyədə “Qalatasaray”ın 24, “Fənərbağça”nın 19, “Beşiktaş”ın 16, “Trabzonspor”un 7, “Başakşəhər” və “Bursaspor”un hərəyə bir liqa çempionluğu var.
UEFA reytinqinin ilk 10-luğuna daxil olan ölkələrin liqalarında ən çox çempionluq qazanan 10 komanda aşağıdakı kimidir:
1."Benfika" (38)
2."Real Madrid" (36)
3."Yuventus" (36)
4."Ayaks" (36)
5."Anderlext" (34)
6."Bavariya" (33)
7."Porto" (30)
8."Barselona "(27)
9.PSV (25)
10."Qalatasaray" (24).